Rəqəmsal Marketinq sehirbazlıq deyil,

amma onunla şirkətinizin qazancını möcüzəvi şəkildə artıra bilərik

Lazım olmayanı satmırıq

Dürüst davranırıq. Sizə lazım olmayan xidməti sizə satmırıq, əksinə, siz istəyəndə lazım olmadığını izah edirik

Fərqli yanaşma

Köhnə üsüllardan uzağıq. Hər kəsin etdiyini etmirik, fərdi yanaşaraq sizə uyğun yaradıcı metodlar yaradırıq

Öyrətməkdən qorxmuruq

Bildiklərimizi müştərilərimiz ilə paylaşmaqdan qorxmuruq, sizin öyrənməyiniz bizim uğurumuzdur

Rəqəmsal marketinq xidmətləri

Rəqəmsal marketinq xidmətlərimizlə biznesinizi rəqəmsal arenada fərqləndirin və gəlirlərinizi sürətlə artırın! Artıq potensial müştərilərinizə çatmaq üçün sadəcə bir klik uzaqlıqdasınız.

SEO, kontent marketinqi, sosial media idarəçiliyiGoogle reklamları,  müştəri generatoru kimi effektiv strategiyaları bir araya gətirərək, hədəf auditoriyanıza tam uyğun, cəlbedici və satışa yönəlik kampaniyalar yaradırıq. Rəqəmsal platformalarda daha görünən olun, etibarlı brend imici qurun və rəqiblərinizdən bir addım öndə olun.

Əvvəlcə öyrən, sonra satın al

Nədir və nə üçün lazımdır?

Veb sayt nədir? SEO nədir? Google reklamı nədir? SMM nədir? Saytlarda konversiya nədir?

“Veb sayt nədir?” sualına sadəcə “mətn və şəkil toplusu” cavabı vermək kifayət deyil. Veb sayt sizin brendinizin heç vaxt qapısını bağlamayan rəqəmsal ofisidir - yəni 7/24 saat sizin üçün çalışan mexanizmdir. Gecə saat 3-də belə kimsə məhsulunuzu axtarırsa, veb sayt onun sualına cavab verməlidir. Yaxşı hazırlanmış sayt həm sürətli açılır, həm də müştərinin vaxtını almadan istədiyini tapmasına şərait yaradır. Mobil uyğun dizayn, aydın menyu, çağırış düymələri – bunların hamısı istifadəçini yorulmadan hədəfə çatdırır. “Veb sayt nədir?” sualının biznes cavabı isə budur: o, həm vitrin, həm də avtomatik satış meneceridir. Google Analytics ilə hansı səhifənin daha çox maraq gətirdiyini ölçə, zəif yerləri düzəldə bilərsiniz. Qısacası, veb sayt bir kofe içmədən yorulmadan işləyən, daim gülümsəyən əməkdaşdır.

“SEO nədir?” sualına bəzən quru texniki cavab verilir: Search Engine Optimization – axtarış mühərriki optimizasiyası. Amma işin əsli belə deyil, SEO sizin brendinizi Google-un izdihamlı küçəsində ən görünən vitrinə yerləşdirməkdir. İstifadəçi istəyinə uyğun axtarış edəndə ilk gördüyü siz olursunuz. SEO xidməti ilə nə edirik? Saytın sürətini artırır, texniki səhvləri düzəldir, açar sözlərlə məzmunu zənginləşdirir, digər saytlardan etibarlı linklər gətirir. “SEO nədir?” sualının cavabı həm də odur ki, bu iş uzunmüddətli investisiyadır – reklam büdcəniz bitəndə nəticə dayanır, amma yaxşı SEO illərlə trafik gətirir. Azərbaycan bazarında da SEO olmadan rəqiblərinizlə yarışmaq çətindir. Qısaca, SEO Google-da “qonşuluqdan tanış olan satıcı” effekti yaradır: insanlar sizi tez-tez gördükcə inamları artır və müştəriyə çevrilirlər.

“Google reklamı nədir?” sualına sadə cavab: alıcınız sizi axtaranda dərhal qarşısına çıxmaqdır. Təsəvvür edin, kimsə “Bakıda ən yaxşı təmir xidməti” yazır, siz də həmin anda ilk sırada görünürsünüz. Google Ads bu fürsəti yaradır. Sistem klik əsaslı işləyir, yəni reklamınıza basılmayınca pul xərcləmirsiniz. Bu da onu çox çevik və ölçülə bilən edir. “Google reklamı nədir?” sualının biznes cavabı isə budur: ən sürətli nəticə gətirən rəqəmsal vasitədir. Əlavə üstünlüyü ondadır ki, siz hədəfi daralda bilərsiniz – yalnız Bakıdakı müştərilər, yalnız müəyyən yaş qrupuna aid insanlar, yalnız mobil telefon istifadəçiləri. SEO uzunmüddətli oyun kimidir, amma Google reklamı “indiki oyunda qələbə qazanmaq” şansıdır. Əgər düzgün qurulsa, həm satışları artırır, həm də markanızın tanınmasına kömək edir.

“Saytlarda konversiya nədir?” deyəndə bəziləri yalnız satışa düşünür. Halbuki konversiya – istifadəçinin saytda sizin istədiyiniz hərəkəti etməsidir. Məsələn, formanı doldurmaq, e-mail abunəsinə yazılmaq, məhsulu səbətə atmaq və ya sadəcə “zəng et” düyməsinə klikləmək. Bu hərəkətlərin hamısı konversiyadır. “Saytlarda konversiya nədir?” sualının biznes cavabı isə budur: o, saytdan qazanc gətirən real nəticələrdir. Analitika vasitəsilə hansı səhifənin daha çox konversiya verdiyini ölçə, zəif yerləri düzəldə bilərsiniz. Konversiyanı artırmaq üçün sayt sürətli olmalı, dizayn aydın, mətnlər inandırıcı, çağırış düymələri göz qabağında yerləşdirilməlidir. Qısaca desək, konversiya müştərinin sadəcə baxıb çıxmasını yox, addım atmasını təmin edən güc nöqtəsidir.

“Saytlarda konversiya nədir?” deyəndə bəziləri yalnız satışa düşünür. Halbuki konversiya – istifadəçinin saytda sizin istədiyiniz hərəkəti etməsidir. Məsələn, formanı doldurmaq, e-mail abunəsinə yazılmaq, məhsulu səbətə atmaq və ya sadəcə “zəng et” düyməsinə klikləmək. Bu hərəkətlərin hamısı konversiyadır. “Saytlarda konversiya nədir?” sualının biznes cavabı isə budur: o, saytdan qazanc gətirən real nəticələrdir. Analitika vasitəsilə hansı səhifənin daha çox konversiya verdiyini ölçə, zəif yerləri düzəldə bilərsiniz. Konversiyanı artırmaq üçün sayt sürətli olmalı, dizayn aydın, mətnlər inandırıcı, çağırış düymələri göz qabağında yerləşdirilməlidir. Qısaca desək, konversiya müştərinin sadəcə baxıb çıxmasını yox, addım atmasını təmin edən güc nöqtəsidir.

Rəqəmsal Marketinq Agentliyi

Go Digital – işimiz sizi qazandırmaqdır

Rəqəmsal marketinq deyəndə insanlar nə düşünür? Reklam agentliyi kimi anlaşılır, amma iş sadəcə reklamdan ibarət. Reklam sadəcə işimizin bir parçasıdır.

Rəqəmsal aləmdə dost əliniz

Sizi internetdə ilk dəfə görəndə insanlar nə düşünür? “Yaxşı saytları var, deməli yaxşı şirkətdilər”? Yoxsa “Hmm… bu nə qəribə dizayndı, hardan tapıblar bunu?” Görünüş hər şey deyil, amma rəqəmsal dünyada ilk görünüş çox şeyi həll edir. Ona görə də burdayıq.

Go Digital — adımız bir az sərt səslənsə də, üslubumuz olduqca yumşaq və dostcanlıdır. Biz sizi yalnız Google-da birinci yerə çıxarmağa yox, eyni zamanda müştərilərin gözündə birinci yerə çıxarmağa çalışırıq. Bizim üçün rəqəmsal marketinq bu deyil: “Bir reklam verək, nəticəyə baxaq.” Bizim üçün rəqəmsal marketinq budur:
“Siz qazanırsınızsa, biz də qazanırıq.”

Bəli, adımız “Go Digital” olsa da, biz sadəcə texnologiya deyil, insanlarla ünsiyyət qurmağı, brendlə maraqlı bir hekayə yaratmağı, və müştərilərlə etibar qurmağı hədəfləyirik. Sayt, SEO, Google reklamları və s. alətlər bizim üçün məqsəd deyil — vasitədir. Məqsəd isə çox sadədir: sizi qazandırmaq.

Elə buna görə də, bir çoxları bəzən bizim kimi şirkətləri reklam agentliyi sanır. Amma… bir az gözləyin. Hələ o mövzuya çatmamışıq. 🙂

Biz reklam agentliyi deyilik, amma…

Bəli, bunu tez-tez eşidirik:
“Go Digital? Hə, hansısa reklam agentliyi olmalıdı.”
Amma gəlin bir şeyi aydınlaşdıraq:
Go Digital reklam agentliyi deyil. Biz “reklam verib, gözləyək görək nə olur” prinsipiylə çalışanlardan deyilik.

Əgər klassik reklam agentliklərini tanıyırsınızsa, bilirsiniz: loqo, banner, bəlkə bir broşur… sonra uğurlar. Bizdə kağız əsri çoxdan bitib.

🎯 Rəqəmsal marketinq = Reklamdan çox daha artıqdır

Rəqəmsal marketinq agentliyi reklam agentliyi kimi başa düşülür, lakin bizim yanaşmamız reklamdan çox, strategiyaya dayanır. Nə zaman, harada, kimə, hansı mesajla çıxmaq lazımdır — bunlar “reklamın” özüdür. Amma biz bunları bir-bir yox, birlikdə düşünürük.

Məsələn, Google reklamları (Google Ads) deyirsinizsə, sadəcə klik saymaqla işimiz bitmir.

Bəli, Rəqəmsal Marketinq sehirbazlıq deyil, amma onunla şirkətinizin qazancını möcüzəvi şəkildə artıra bilərik.

Bizə görə Google reklamları bu sualla başlayır:

👉 “Ən uyğun müştəri sizi axtaranda, sizi görürmü?”
Əgər cavab “bilmirik”dirsə, biz bilirik. Tapırıq. Hətta o müştəri hələ sizi axtarmırsa belə, elə reklam strategiyası qururuq ki, axtarmağa başlasın.

🧠 Uyğun büdcə, ağıllı nəticə

Məqsəd çox pul xərcləmək deyil, doğru yerə doğru xərcləməkdir.
1000 manatla 10 müştəri qazanan kampaniya varsa, biz onu 15-20-ə çatdırmaq üçün çalışırıq.
“Az büdcə, çox nəticə” formulunu siz də sevirsiniz, düzdür? Biz də.

Veb Sayt sadəcə sayt deyil, pasportunuzdur

Deyirlər, insanı görünüşünə görə qarşılayarlar, danışığına görə yola salarlar. Sayt da bir növ şirkətinizin görünüşüdür. Hətta daha da irəli gedək: sayt — sizin rəqəmsal pasportunuzdur. O sizə beynəlxalq səviyyədə qapılar açır, bəzən isə… bağlı saxlayır.

💻 “Veb sayt nədir?” sualını bir də bizdən eşidin

Əgər sizə “veb sayt sadəcə bir neçə səhifədən ibarət tanıtım vasitəsidir” deyiblərsə, zəhmət olmasa o fikri deyilən yerdə saxlayın.

Go Digital olaraq biz saytları belə görürük:

✔ Müştəri ilə ilk kontakt nöqtəsi

✔ Satış menecerindən daha səmərəli işləyən bir 24/7 işçi

✔ SEO ilə dost, Google ilə ahəngdar, istifadəçi ilə mülayim bir rəqəmsal nümayəndə

Bizim üçün sayt hazırlanması o demək deyil ki, bir dizayn seçdik, şəkil qoyduq, “Əlaqə” yazdıq və sağollaşdıq. Yox.

Biz hər layihəyə belə baxırıq:

“Bu sayt bu şirkəti Google-da ilk səhifəyə çıxaracaqmı?”
“Mobil telefonla baxan istifadəçi bir də geri qayıtmaq istəyəcəkmi?”
“Bu sayt müştəridə etibar yaratmaq üçün kifayət qədər sürətlidir, aydındır, düzgün mesaj verir?”

“Bu sayt müştəri gətirəcək mi?”

📱 Mobil uyğunluq 

O boyda ekranlara yox, bu balaca ekrana fokus

İstifadəçilərin əksəriyyəti sayta mobil telefonla daxil olur. Hazırda məhsul və xidmət satan saytların trafikinin 70-80% hissəsi mobildən gəlir. Tabletdən yox, məhz mobil telefonlardan. Amma hələ də bəzi saytlar 2007-ci ildən qalma dizaynlarla mobil istifadəçiyə “təşəkkür et, böyüt zoomla bax” deyir.
Biz isə deyirik: telefonlar smartdır, saytlar niyə geri qalır ki?

Go Digital-in hazırladığı bütün saytlar:

✔ Mobil uyğun,

✔ Yüksək sürətli (PageSpeed score sevənlərə salam),

✔ Yüksək SEO nəticələr.

Bəli, veb sayt sadəcə sayt deyil. O sizin rəqəmsal vizit kartınız, ilk təəssürat silahınız, etibar qurma alətinizdir. Ona görə biz onu bütün bu rollara uyğun şəkildə dizayn və qururuq.

SEO xidməti – Bizi başqalarından fərqləndirən supergüc

SEO haqqında çox miflər gəzir. Kimi deyir “bir iki açar söz yaz, 1-ci yerə çıxacaqsan”, kimi deyir “Google istəsə, çıxarsan”. Biz isə deyirik:
“Google sizə qarşı deyil. Sadəcə sizi hələ tanımır.”
Tanıtdırmaq isə bizim işimizdir.

🔍 SEO nədir və niyə bu qədər vacibdir?

SEO – Search Engine Optimization – yəni axtarış sistemlərinə uyğunlaşdırma. Daha sadə dillə: müştəri sizi Google-da axtaranda, sizi tapsın. Amma bu təkcə “açar söz yerləşdirək və rahat olaq” demək deyil.

Go Digital olaraq SEO xidmətini belə qururuq:

Texniki təmizlik – saytınız Google üçün “düzgün oxunaqlı” olur. (Yəni, “bu nə koddu, başım çıxmadı” dedirtmirik Google-a.)

Kontent strategiyası – saytınızdakı məqalələr, səhifələr və başlıqlar müştəri suallarına cavab verir, eyni zamanda Google-un xoşuna gəlir.

Backlinklər – saytınıza etibarlı mənbələrdən gələn keçidlər, yəni “bu sayt yaxşıdı, biz də ona istinad etdik” mesajı.

💡 SEO-nun “gizli” gücü: Satış

Əksəriyyət SEO-nu sıralama oyunu kimi görür. Amma bizim üçün SEO = satış strategiyasıdır.
Çünki siz Google-da 1-ci yerdəsinizsə, bu:

✔ Daha çox ziyarətçi,

✔ Daha yüksək etibar,

✔ Daha çox dönüşüm (konversiya)
deməkdir.

SEO sadəcə trafik gətirmir  – Doğru trafik gətirir

Yəni siz uşaq oyuncaqları satırsınızsa, biz sizin SEO-nuzu elə qururuq ki, “uşaq oyuncağı almaq istəyirəm” yazan adam sizi tapsın.
“Uşaq oyuncaqlarının tarixi” axtaran adam yox. Çünki tarix oxumaq yaxşıdır, amma satış etməz.

⚙️ SEO — hər gün işləyən görünməz marketoloq

Google reklamları əladır. Amma reklam dayansa, trafik də dayanır. SEO isə tikanlı yolun sonunda qızıl mədənidir. Əgər səbirli və ağıllı yanaşsanız, nəticə illərlə sizə işləyəcək.

Go Digital SEO xidməti ilə siz:

✔ Orqanik trafik qazanırsınız,

✔ Reklamdan asılılığınız azalır,

✔ Saytınız daim böyüyür və daha çox müştəri cəlb edir.

Yeri gəlmişkən, SEO-nun başqa bir faydası da var: rəqiblərinizi susdurur. Siz Google-da önə çıxdıqca, onların səsi arxa planda qalır.

Portfoliomuza baxmadan qərar verməyin

Əgər bir rəqəmsal marketinq agentliyi ilə işləmək qərarı vermək istəyirsinizsə, təbii ki, ilk sual budur:
“Əvvəllər kimlərlə işləmisiz? Nəticələr necə olub?” Yəni bizə işinizi göstərin.

Yaxşı xəbər budur: bizdə portfolio var 😊

Go Digital olaraq fərqli sahələrdə onlarla sayt hazırlamış, SEO nəticələri qazanmış, Google reklamları ilə satışları artırmışıq. Amma bizi digərlərindən fərqləndirən, sadəcə layihə sayı deyil — yanaşmamızın özəlliyidir.

🧩 Bir-birinə bənzəməyən layihələr, eyni məqsəd: QAZANC

Portfoliomuza baxsanız, bəziləri təhsil sahəsindədir, bəziləri tikinti, bəziləri isə tam fərqli sahələrdə.
Amma ortaq cəhət budur:
Hamısı üçün nəticə vermişik.

Məsələn:

✔ Bir tədris mərkəzi üçün SEO strategiyası qurduq və 3 ayda 5 əsas açar söz üzrə Google-da ilk səhifəyə çıxdıq.

✔ Bir e-ticarət saytı üçün Google reklamları ilə klik başına dəyəri 60% aşağı saldıq və satışları 3 dəfə artırdıq. 3 il ərizndə SEO və Google reklamları hesabına satışlar 10 dəfədən çox artdı.

✔ Bir xidmət sahəsində fəaliyyət göstərən şirkət üçün isə həm sayt hazırladıq, həm də SEO + Google Ads ilə aylıq müraciət sayını 5-dən 70-ə yüksəltdik.

Bəli, bu nəticələr üçün nə superqəhrəmanlıq etmişik, nə də sehr. Sadəcə:

✔ Strategiya

✔ Plan

✔ Yaxşı icra
və ən əsası — müştəri ilə açıq və dürüst əməkdaşlıq.

🎨 Gözəl dizaynlar? Əlbəttə, Amma…

Biz dizaynı sevirik. Rənglər, formalar, fontlar — göz oxşayan saytlar hazırlamaq bizim üçün zövqdür.
Amma daha vacibi var: o gözəl sayt işləyirmi?

Gözəl görünən, amma konversiya etməyən sayt… elə, sadəcə gözəl görünür.
Ona görə də Go Digital olaraq həm estetik, həm funksional, həm də satış yönümlü saytlar hazırlayırıq.

Bəzən müştəri deyir:

“Bu dizayn çox qəşəngdi, amma müştəri haraya klikləyəcəyini bilməsə nə faydası?”

Bizim də dediyimiz budur! Gözəl görsənsin, amma istifadəçini yönləndirsin, satışı artırsın.

Sizi tanıyan, sizin dilinizdə danışan bir komanda

Əgər siz də bizim kimi düşünürsünüzsə, yəqin rəqəmsal marketinq agentliklərinin bəzilərində danışılan bu cümlələrlə rastlaşmısınız:

“Səhifənizdə canonical tag problemi var, ayrıca schema markup-la AMP dəstəyi tətbiq etmək lazımdır…”
Açığı, bu cümləni biz də başa düşürük. Amma müştəriyə bunu bu cür demirik. Çünki siz texniki auditor deyilsiniz — siz nəticə istəyirsiniz.

Go Digital komandası olaraq biz terminləri sadələşdirməkdə peşəkarıq. SEO, Ads, web development kimi qarışıq anlayışları sizə qısa, səmimi və başa düşülən şəkildə təqdim edirik.

🧍‍♀️🧍‍♂️ Kimik biz?

✔ Biri səhər çayını içə-içə Google algoritmlərini oxuyur,

✔ Digəri axşam yatmazdan əvvəl “bounce rate” analiz edir,

✔ Bəziləri isə “müştəri bu düyməni niyə klikləmir” sualını həyat məsələsi kimi qəbul edir.

Yəni biz, rutin ofis işçiləri yox, həqiqətən işini sevən rəqəmsal “fanatiklərik.”

💬 “Mənim saytımda nələr baş verir?” – soruşmaqdan çəkinməyin

Bizimlə əməkdaşlıq edəndə, sadəcə “filan işi gördük” deyib susmuruq.
Əksinə, biz:

✔ Aylıq hesabatlar göndəririk,

✔ İzləmə linkləri ilə hər reklam kampaniyasının nəticəsini göstəririk,

✔ Görülən hər işin izahını sadə dildə təqdim edirik.

Ən önəmlisi – çəkincəsiz sual verə biləcəyiniz bir komanda oluruq.
“Bu niyə belə oldu?”, “Necə daha yaxşı ola bilər?”, “Niyə nəticə düşüb?” — buyurun, biz burdayıq.

☕ Yumor da var, amma məsuliyyət daha çox

Bəli, mesajlarımızda emoji olur, cümlələrimiz bəzən gülümsədir.
Amma hədəf, nəticə, strateji yanaşma və peşəkarlıq bizim üçün hər zaman ön plandadır.
Dostcasına danışırıq, amma işə ciddi yanaşırıq.

Go Digital – işimiz sizi qazandırmaqdır

Əgər bura qədər oxumusunuzsa, deməli siz biznesiniz üçün rəqəmsal uğur axtarırsınız.
Əvvəlcə sizə bir təşəkkür: bizə vaxt ayırdığınız üçün.
İndi isə bir sual: Nəyə görə Go Digital ilə işləməlisiniz?

🧭 Çünki biz qısamüddətli uğura deyil, uzunmüddətli qazanca fokuslanırıq

Bizimlə işləməyə başlayan bir çox şirkət əvvəlcə sayt istəyir. Sonra SEO istəyir. Sonra reklam kampaniyaları.
Amma nəticədə sistemli, nəticəyə çalışan bir rəqəmsal maşın qururuq. Sizə uyğun, sizin biznesiniz üçün xüsusi hazırlanmış bir model.

Go Digital reklam agentliyi deyil, sizi qazandırma agentliyidir

Bizim üçün əhəmiyyətli olan:

✔ Çox reklam vermək yox, doğru reklam verməkdir.

✔ Sadəcə klik toplamaq yox, müştəri qazanmaqdır.

✔ Sayt yaratmaq yox, etibar və satış yaradan sayt hazırlamaqdır.

🧠 “Google reklamları”, “SEO xidməti”, “sayt hazırlanması” – bunlar alətdir, məqsəd isə sizsiniz

İstədiyiniz açar sözlərdə Google-un ilk səhifəsində çıxmaq istəyirsinizsə,
Rəqiblərinizi keçmək və sektorda lider olmaq istəyirsinizsə,
İstədiyiniz müştəri auditoriyasını çəkmək istəyirsinizsə — biz sizi dinləməyə hazırıq.

Çünki rəqəmsal marketinq təkcə texnologiya deyil. O həm də empatiya, analitika, psixologiya və satış bacarığıdır.
Biz isə bunların hər birinə sahibik. Qalanı? Qalanı sizlə birlikdə yazacağımız uğur hekayəsidir.

✅ Hazırsınızsa, başlayırıq

Bizimlə əməkdaşlıq etmək üçün nə çox form doldurmağa, nə də gözləməyə ehtiyac var.
Sadəcə bir mesaj yazın, bir zəng vurun və ya bir “gəlin tanış olaq” deyin.
Qalanını biz həll edərik.

Unutmayın:
Go Digital reklam agentliyi deyil, rəqəmsal müttəfiqinizdir.
İşimiz sizi qazandırmaqdır.