Təklif 2 — Uşaq stomatoloqu və Ortodontiya həkim və klinikaları

Təklif uşaq stomotoloqu olan həkimlər və uşaqlar üçün stomotoloji  xidməti göstərən klinikalar üçün uyğundur.

“Təklif 2” paketi hansı məhsul və xidmətləri satan həkim və klinikalar üçün uyğundur?

  • Uşaq stomatologiyası: profilaktik müayinə, fluorlama, karies müalicəsi, fissur-sealant, süd dişlərinin müalicəsi.
  • Ortodontiya: breket sistemi, şəffaf aligner planları, dişlərin düzləndirilməsi.
  • Rentgen/3D skan xidməti olan diş kabinetləri və klinikalar.
  • Ailə həkimi kimi çalışan stomatoloqlar (uşaq + yeniyetmə xəstələri qəbul edənlər).
  • Məktəblər, bağçalar, idman klubları ilə əməkdaşlıq etmək istəyən klinikalar.

Qısa sözlə: “peşəkarıq, amma davamlı müraciət azdır” deyən həkim və klinikalar üçün.

Təklif etdiyimiz xidmətlərin şirkət üçün hansı faydaları olacaq? Hansı müddətdə real nəticələr görəcəksiniz?

Sadə nəticələr:

  • 1-ci həftədən başlayaraq WhatsApp,  Instagram və Facebook ilk zənglər/mesajlar gəlməyə (artmağa) başlayır.
  • Əgər saytınız varsa Google reklamı ilə ilk zənglər/mesajlar da ilk həftədən gəlməyə başlayır. Saytınız yoxdursa onu hazırladıqdan sonra başlayır.

Uzun müddətli nəticələr (real gözlənti):

  • Daha çox pasiyent əldə edərək portfeliniz böyüməyə başlayacaq. Siz də yaxşı bilirsiniz ki, müştəri müştəri gətirir.
  • Həkim və ya klinika brend imiciniz möhkəmlənəcək və zamanla daha çox tanınmağa başlayacaqsınız.
  • Stomatololi məhsul və xidmətlərlə bağlı açar sözlərlə Google və Yandex-də ilk sıralara çıxaraq sizə daha çox müştəri gətirir.
  • Xəritələrdə (Google Maps, Yandex Maps) ölkə üzrə görünürlük artacaq və sizi daha çox tanıyacaqlar. Siz də müşahidə edirsiz ki, Google axtarışlarında çox vaxt ilk sıralarda şirkətlərin Google Biznes hesabları görünür.
  • Gündəlik sorğu axını daha artacaq və siz ayın sonunda “Necə edim ki, daha çox pasiyent əldə edim?” deməyəcəksiz.

Niyə sizə xüsusi paket təklif edirik?

Çünki böyük fürsətləri qaçırırsınız! Çünki hazırda sahəniz üzrə internetdə BOŞLUQLAR VAR!

  • Axtarış boşluğu var: Uşaq stomatoloqu və ortodont üzrə ixtisaslaşmış saytlar Google-da az görünür. Doğru quruluşla tez önə çıxmaq mümkündür.
  • Valideyn qərarı sürətlidir: Uşağın dişi ağrıyırsa və ya dişlərində düzülüş problemi varsa, valideyn çevik qərar verir.
  • Təkrarlanan xidmətlər çoxdur: Profilaktika, kontrol, tənzimləmə, breket/aligner planı – davamlı xəstə axını imkanı yaradır.

Google və sosial şəbəkələr üzərində sizin xidmətlərinizə ehtiyacı olan minlərlə insan var, amma onların SİZDƏN XƏBƏRİ YOXDUR!

Əsas Məsələ – Paketdə nələr var?

Uşaq stomatoloqu və Ortodontiya həkim və klinikaları üçün “Sayt hazırlanması + SEO xidməti” 50% ENDİRİMLƏ, yəni CƏMİ 2025 AZN ilə təklif olunur! Paketə  aylıq SMM və Google reklam xidməti də daxildir. Onlar da eyni qaydada 40% ENDİRİMLƏ təqdim olunacaq.

Qiymətlər sizə bəlkə də böyük görünə biləcək. Lakin unutmayın ki, nəticə siz Sürətlə böyüyən müştəri portfeli + Daha çox tanınınma + Google-da qalıcı olaraq ilk sıralarda yerləşmə əldə edəcəksiz. Aylıq pasient sayınız qatlanaraq artacaq.

Bu sahədə təcrübəmiz varmı?

Bənzər xidmətlərdə işlədiyimiz layihələr var. Həkimlərlə və klinika ilə çalışmışıq. Saytmızda Layihələr bölməsində bəzi layihələrlə tanış ola bilərsiz.

Əgər təklif sizin üçün maralıdırsa elə indi Sorğu göndərin ↗