Go DigitalGo DigitalGo Digital
info@godigital.az
Blue Office, 8 Noyabr pr., Xətai r-nu, Bakı
994 50 602 11 69

1. Sizi QAZANDIRAQ ki, biz də QAZANAQ

Səmimi deyək: sizin qazancınız bizim motivasiyamızdır. Yaxşı nəticə gördükcə daha çox həvəsə gəlirik, daha çox çalışırıq. Rəqəmsal Marketinq sehirbazlıq deyil, amma onunla şirkətlərin qazancını möcüzəvi şəkildə artıra bilirik.

Əməkdaşlıq bizdə belə işləyir: Siz satış edirsiniz → Siz razı qalırsınız → Bizə daha çox etibar edirsiniz.
Yəni qısaca: qazandırmaq üçün çalışırıq, qazandıqca da daha çox çalışırıq.

2. Lazım olmayanı Sizə SATMIRIQ

Əksər müştərilər rəqəmsal marketinqlə bağlı onlara konkret olaraq nə lazım olduğunu bilmirlər. Əlbəttə bu normaldır. Normal olmayan isə odur ki, müştəri ona lazım olmayan xidmətə ödəniş etmək istəyir. Yəni lüzum olmadan artıq pul xərcləmək istəyir.

Başqa agentliklər bu zaman necə davranırlar bilmirik, amma biz ona DUR deyilrik. Bu nə demədkir?

Təcrübəmizdən gələn nümunələrə baxın:

Müştərilərinin 90-95% mağazaya gələrək məhsul satın alan, qalan kiçik hissə isə qapıda ödəniş edən şirkət rəhbəri saytda mütləq onlayn ödəniş sistemi qurmağımızı istəyir. Əlbəttə bu bizə əlavə gəlir gətirəcək, amma dürüst davranmalıyıq. Müştəriyə izah edirik: Bu sizə LAZIM deyil.

Müştəri emosional olamayan bir məhsul satır. Amma istəyir ki, bütün sosial şəbəklər onun haqqında bar-bar bağırsın və bu işə böyük büdcə xərcləsin. Məqsədi təhlil edirik və bunun şirkətə heç bir faydası olmadığını görürük və ona DUR deyirik.

Satışda cəmi 5-7 ədəd spesisifik məhsulu olan şirkət istəyir ki, onun üçün tam funksional, filtrlənə bilən elektron mağaza tipli sayt yığaq. İzah edirik ki, buna ehtiyac yoxdur.Az sayda məhsul üçün daha spesifik həll yolları var və daha az xərclə həll oluna bilir.

3. 2016-cı ildən bazardayıq

Müxətlif adlarla və fərqli sahibkarlıq formaları ilə 2016-cı ildən ölkə biznes mühitində fəaliyyət göstəririk. Bu müddətdə onlarla şirkətlə əməkdaşlıq etmişik – satışı minimumda olan şirkətlərin satışını qatlanaraq artırmışıq.
Bazarda əsas imiciiz dürüst və səmimi davranamaqla bağlıdır. Bu xətti davam etdirərək irəliləyirik


4. Rəqəmsal marketinq sistemdir

SEO olmadan Google reklamları çox xərc aparar. Konversiya optimallaşdırması olmadan sayt ziyarətçini qaçırar. Sosial media olmadan brend unudular.
Rəqəmsal marketinq hissələrdən ibarət deyil — sistemdir.
Go Digital olaraq biz xidmətləri ayrıca yox, inteqrasiya olunmuş şəkildə düşünürük. Nəticə isə daha sürətli, daha sabit və daha güclü olur.
SEO + Google Ads + Veb sayt + Analitika = Gəlir artımı. Sadə düstur, amma ciddi effekt.

Biz adətən sayt sifarişi verən şirkətlərə deyirik. Bu saytla nə iş görəcəksən? Əgər marketinq komandan yoxdursa bu sayt heç bir fayda verməyəcək. Saytı satış alətinə çevirmək üçün davamlı dəstək veririk. Siz dincəlirsiniz, biz çalışırıq, siz QAZANIRSINIZ.

5. Fərqli olmağa məcburuq

Çünki bazar hər gün dəyişir. İnsanlar dünən “bunu almaq istəyirəm” deyirdisə, bu gün “daha rahatını varmı?” deyə soruşur. Dünən işləyən reklam bu gün baxış belə yığa bilmir, dünən açılan sayta bu gün bir daha baxılmır.
Yəni fərqli olmaq – seçim yox, məcburiyyətdir.

Bazar doludur. Rəqəmsal marketinq agentlikləri, freelancerlər, “dayıoğlu sayt düzəldir” cəmiyyətləri… Hər kəs eyni şeyi təklif edir: SEO, Ads, sayt.
Amma biz bilirik ki, eyni yolu gedib, fərqli yerə çıxmaq olmur.

Ona görə də biz nə edirik?

Trendləri izləyirik, amma kütləyə qarışmırıq.

Yeni alətləri test edirik, amma yalnız faydalı olanı tətbiq edirik.

Yaratmaqdan qorxmuruq, amma sadəcə kreativlik xatirinə deyil — nəticə üçün edirik.

Bizim üçün əsas məqsəd budur:
6 ay və ya 1 il sonra siz maliyyə hesabatlarınıza baxanda orada bir neçə dəfə artmış xalis mənfəət görəsiniz. Biz buna deyirik: rəqəmsal strategiyanın real qazancı.

Fərqliyik, çünki dəyişən dünyada eyni qalmaq lüks deyil.
Fərqliyik, çünki başqa cür mümkün deyil.

6. Biz işimizi sevirik

Bu sahəyə təsadüfən düşməmişik. Rəqəmsal marketinq bizim üçün iş deyil — seçimimizdir.
Hər layihə yeni bir şey öyrədir, hər müştəri yeni bir hekayə yaradır.
Əgər sevdiyin işlə məşğulsansa, oradakı nəticə də sevgiylə formalaşır.
Biz də məhz bu enerjini işimizə yansıdırıq.