Haqqımızda öyrən
Go Digital – Rəqəmsal Marketinq Agentliyi
Gördüyünüz kimi RƏQƏMSAL MARKETİNQ AGENTLİYİYİK (RMA). Ənənəvi rəqəmsal marketinq xidmətləri bu gün də aktualdır və biz də 10 İLDİR bu xidmətləri təklif edirik. Bu müddət ərzində müxtəlif sahibkarlıq formasında onlarla şirkət üçün faydalı işlər görmüşük. Portfoliomuzda bizim haqqımızda danışa biləcək müştərilərin bəzilərini qeyd etmişik. Texnologiya, internet hər gün yenilənir, bazarda rəqabət günü-gündən artır. Belə bir mühitdə ənənəvi rəqəmsal marketinq xidmətləri ilə nə etmək olar?
Onu biz də hər gün düşünürük. Biraz araşdırsanız son illərdə çox sayda agentliyin ləğv edildiyini və ya ayaqda qalmaq üçün yalnız təlimlərdən qazanmağa çalışdıqlarını görəcəksiniz. Ona görə də illərdir rəqabətə davam gətirmək üçün daim yenilənirik. Özümüzü və təklif etdiyimiz xidmətləri yeniləyirik. Əsas fokusumuz ORTA və KİÇİK şirkətlərdir. Çünki onlar üçün daha effektiv xidmətlər formalaşdırmışıq.
Dünəndən fərqli olaraq bu gün çox sayda şikayətlənən şirkət rəhbərlərinə rast gəlmək mümkündür. Onlar haqlı olaraq qeyd edirlər ki, rəqəmsal marketinq onlara fayda vermir. Haqlıdırlar da. Bunun bəzi səbəbləri ola bilər. Amma əsas səbəb DİAQNOZ qoymadan MÜALİCƏ – yəni şirkətin satışının aşağı olmasının səbəbələrini MÜƏYYƏN ETMƏDƏN kor-koranə şəkildə rəqəmsal marketinq xidmətlərinin tətbiqidir.
İndi bəs nə edək? Go Digital olaraq bunu dərindən araşdırmışıq və yolunu tapmışıq. Əvvəlcə şirkətin satışlarının azalmasının səbəblərini analiz edirik. Bunu ayrıca bir xidmətə də çevirmişik. Yəni əvvəlcə xəstəni müayinə edib diaqnoz qoyuruq. Sonra ona hansı dərmanların (xidmətlərin) vacib olduğunu və nə qədər lazım olduğunu müəyyən edirik. Sonra işə başlayaraq nəticələr əldə edirik. Pafoslu cümlələr YOX, boş sözlər YOX, edə bilməyəcəyimiz vədlər VERMİRİK. Müayinə – Diaqnoz – Müalicə – Nəticə sxemi üzrə çalışırıq.
Gündən günə inkişaf edən texnologiyalara 2022-ci ildə SÜNİ İNTELLEKT texnologiyaları da əlavə olundu. Süni zəka ilə çalışan platformalar yeni reallıqlar yaratmaqdadır. O sizin yerinizə məhsullarınız barədə soruşan potensial müştərilərinizə cavab verə bilir, onların alıcılıq potensialını təhlil edərək hansının “isti”, hansının “soyuq” müştəri olduğunu təyin edə bilir. Sizin üçün bazarı araşdıra bilir, məhsul tapır, reklamınızı idarə edir, sosial şəbəkələrdə post paylaşa bilir. Bunlar Sİ-nin edə bildiklərinin sadəcə bir qsimidir.
İstifadə etməyi bütün şirkətlər bacarırmı? Sİ imkanlarından Azərbaycanda şirkətlərin satış və digər proseslərində istifadəsi çox aşağı səviyyədədir. Çünki bu sistemləri almaq, quraşdırmaq, daim təkmilləşdirmək və nəzarət etmək çox böyük xərclər yaradır. Ona görə də əsasən böyük şirkətlər yararlana bilir. Biz kiçik və orta şirkətlərin də Sİ imkanlarından yararlanmaları üçün bir şeylər etməyə çalışırıq. Bu asan deyil, amma mümkündür.
Texnologiya, marketinq, sistemlər, Sİ – satmağa çalışdığımız bu xidmətləri əhatə edən bu terminalogiya çox vaxt şirkət rəhbəri olan müştərilərimizin zehnini dumanlandırır. Çünki ona alət deyil, xidmət deyil müştəri lazımdır. Şirkət müştəri istəyir. Bunu da düşünmüşük. RMA xidməti əvəzinə bizdən müştəri istəyən şirkətlər üçün “Potensial müştəri generatoru” (lead generation) üzərində işləyirik. Bu, Sİ və RMA alətləri də daxil olmaqla, çoxsaylı funksional modulları özündə birləşdirən kompleks sistemdir
Amma bu hər məhsulda effektiv olmur. Daşınmaz əmlak, avtomobil, B2B tipli məhsullar, tibbi cihazlar, xüsusi tikinti layihələri, IT həlləri, mühəndislik xidmətləri və bir sıra korporativ xidmətlər üçün bu sistem üzərində çalışaraq təkmilləşdiririk. İşi sistemləşdirmək üçün Sİ əsaslı platformalar tətbiq edirik.
Layihələrimiz və planlarımız barədə danışdıq. Biz sadəcə çalışmırıq, BİZ İŞİMİZİ SEVİRİK!
Bu sahəyə təsadüfən düşməmişik. Rəqəmsal marketinq bizim üçün iş deyil — seçimimizdir. Hər layihə yeni bir şey öyrədir, hər müştəri yeni bir hekayə yaradır. Əgər sevdiyin işlə məşğulsansa, oradakı nəticə də sevgiylə formalaşır. Biz də məhz bu enerjini işimizə yansıdırıq.
Bu sahəyə təsadüfən düşməmişik. Rəqəmsal marketinq bizim üçün iş deyil — seçimimizdir. Hər layihə yeni bir şey öyrədir, hər müştəri yeni bir hekayə yaradır. Əgər sevdiyin işlə məşğulsansa, oradakı nəticə də sevgiylə formalaşır. Biz də məhz bu enerjini işimizə yansıdırıq.