Avtosalon axtararkən internetdə niyə heç bir avtomobil salonunu görmürük? Sual yanlış deyil. Google-da “avtosalon” və ya “avtomobil salonu” kimi sözləri axtardıqda qarşımıza elan saytı (marketpleys) tipli saytlar, 2gis.az kimi xarici kataloq tipli saytlar, sosial şəbəkə səhifələri və bəzi məşhur avtosalonların Google maps profilləri çıxır. Halbuki sadəcə Bakı şəhərində 400-dən çox avtmobil satış salonu var. Bu problemdir mi? Bəli problemdir – çünki sənin avtomobil salonunun internetdə pasportu, ünvanı və satış mexanizmi yoxdur.
Bu cədvəl çıxarışına diqqətlə baxın – Aşağıda bununla bağlı danışmışıq
Google keyword planner çıxarışı

Saytın faydalarından danışmazdan əvvəl bu cədvəl çıxarışını diqqətlə təhlil edin – Google-da axtarışı edilən on minlərlə sözlərdən bəzilərdir. Belə sözlərin sayı on minlərlədir. İnternet istifadəçiləri müxtəlif formada yazaraq avtomobil marka və modellərini internetdə axtarırlar.
Çıxarışda ikinci sütunda olan rəqəmlər həmin sözün aylıq ortalama axtarış sayıdır. Məsələn “toyota cololla” sözü son bir üçün götürüldükdə aylıq ortalama 14800 dəfə axtarılıb. Əgər bu modeli satırsız və saytınız varsa ən azı 1000 nəfəri sizin saytınıa gəlib çıxa bilərdi. Sağdakı sütunlarda isə rüb və il ərzində axtarış tempi faizlə verilib. Məsələn “toyota cololla” açar sözü qarşısında +22% qeyd olunub – yəni bu söz il ərzində 22% daha çox axtarılmağa başlanılıb. “hyundai santa fe” – 50% daha çox axtarılmağa başlanılıb.
Sayt varsa – statistika da var.
Problem: “Avtosalon var, amma Google-də yox”
Avtosalonunuz var, lakin potensial müştərilər sizin də satdığınız avtomobilləri axtaranda ekranda sizin salonu görmür. Niyə? Çünki alıcı “marka + model + Bakı” (Məsələn: “Kia optima Bakıda”) yazanda nəticələrin çoxu elan saytlarının səhifələrindən ibarət olur. Orada sizin də elanınız var – amma on minlərlə elanın içində olduğu üçün hər zaman diqqət çəkmir. Elanı hər gün daha üst sırlarda saxlamaq isə ciddi xərclər tələb edir. Xüsusən də salonunuzun onlarla elanı varsa.

Salonunuzun brend adı axtarış edəndə belə, əvvəlcə ünvan-kataloq saytı, sonra köhnə Facebook səhifəsi görünür – rəsmi sayt yox, avtosalon haqqında konkret məlumat yoxdur. Müştəri sizi tapmadan yan keçərək gedir.
Problem təkcə görünməzlik deyil. Görünmədiyiniz üçün avtosalonlar arasında ən güclü arqumentlərinizi (servis, zəmanət, real test-drive yerləri, şəffaf kredit şərtləri) də danışa bilmirsiniz. Marketplace-də “ən ucuz qiymət” yarışı gedir, halbuki siz “ən etibarlı proses” və “zəmanətli avtomobil”, “yaxşı vəziyyətdə ikinci avtombil” satırsınız. Amma bundan heç kimin xəbəri yoxdur. Elan saytında sizin instagram səhifəsinə keçid belə yoxdur. Hazırladığınız təqdimat videolarını göstərmək üçün hər ay xərc çəkərək profilinizi saxlamaq lazımdır.
Qısaca desək: Hazırda ölkəmizdə əksər avtomobil salonları üçün rəqəmsal vitrin yalnız başqalarının ödənişli vitrinidir. Bunu dəyişmək mümkündür.
Elan saytından asılılığının gizli xərcləri
Elan saytında elan vermək əlbəttə lazımdır — trafik var, müştəri gəlir, hər gün minlərlə istifadəçi orda avtomil axtarır. Amma tək ona güvənmək avtomobil salonu üçün gizli xərclərlə doludur:

1) “Kirayə vitrin” sindromu
Marketpleysdə vitrin icarəyə götürürsünüz: sabah qaydalar dəyişsə, paket bahalaşsa və ya kateqoriya prioriteti düşsə, görünürlüğünüz bir gecədə zəifləyə bilər. Öz saytınız olanda isə vitrin sizindir — qaydanı da, vitrinin yerini də siz təyin edirsiniz.
2) Brend hekayəsi sıfırlanır
Avtosalonlar orada bir sətir foto, bir sətir qiymət kimi görünür. Sizin fərqinizi yaradan “niyə sizdən almalıyam?” cavabı qısa elanın çərçivəsinə sığmır. Video-təqdimat, müştəri rəyləri, servis paketləri, komanda təqdimatı — bunlar avtomobil salonları üçün inam yaradan elementlərdir və ancaq öz saytınızda tam görünür.
3) Ortaq müştəri sizin deyil
Marketpleysdə alıcı eyni anda 10 avtosalon elanına yazır. Siz zəng edəndə artıq üç yer “zəng vurub”. Öz saytınızda isə müştəri birbaşa sizə zəng vurmuş olur: WhatsApp klikləri, zəng düyməsi, test-drive rezervi — hər şey sizin CRM-də toplanır. Bu, həm də reklam pulunuza real geri dönüş göstərir.
4) Qiymət müharibəsi və marja eroziyası
Elan siyahısında əsas filtr “ən ucuz”dur. Avtomobil salonu olaraq “ən ucuz” olmaq bəzən mümkün deyil, bəzən də zərərli. Öz saytınızda dəyəri fərqləndirən paketlər (zəmanət, kasko, servis hədiyyəsi, trade-in rahatlığı), kampaniyalar ilə “qiymət = tək meyar” düşüncəsini dağıdırsınız.
5) Remarketing imkanı yoxdur
Elan saytında sizə ziyarətçi davranışı haqqında məlumat verilmir. Deməli, “baxdı — getdi” istifadəçini təqib edib “yenidən baxış”, “qiymət düşdü” və ya “test-drive” təklifi göstərə bilmirsiniz. Öz saytınızda isə Google/Meta/TikTok pikselləri ilə avtosalon üçün ikinci şans qazanırsınız. Remarketinq nə deməkdir? Salonun saytında hansısa elana baxan internet istifadəçisini sosial şəbəklərdə izləyib hər yerdə qarşısında çıxaraq geri dönməyə məcbur edirsiz. Bunun üçün siz vaxt sərf etmiris. Alqoritmlər sizin yerinizə edir.
6) Analitika korluğu
“Bu ay neçə müraciət elan saytından gəldi, neçə faiz satışa çevrildi?” sualına dəqiq cavab tapmaq çətindir. Öz saytınız və düzgün GA4/GTM quraşdırması ilə hər klik, hər zəng, hər rezerv ölçülür. Nə iş verir — artırılır, verməyən — dayandırılır.
Nəticə? Marketpleysi saxlayın, amma “əsas ev”i — brendli saytı — qurun. Çünki avtosalonlar üçün uzunmüddətli qalibiyyət müştərinin beynindəki “brend xəritəsi”ni qazanmaqdan keçir. Orada yer almağın ən qısa yolu isə öz sayt + SEO + ölçülən reklamdır.
Öz saytının gətirəcəyi 5 real üstünlük
1) “Tap → bax → yaz” iş axını sizə məxsusdur.
Avtomobil salonu üçün sayt — yalnız vizit kartı deyil, hər gün işləyən satış maşınıdır. Marketpleys də olmalıdır, amma avtosalon satışının mərkəzi sayt olmalıdır. Niyə?
Inventar kataloqu, filtrlər (marka/model/il/yürüş/qiymət), 360° foto və qısa walkaround video — hamısı bir səhifədə. Ziyarətçi avtomobil salonları arasında dolaşmır, sizin vitrində qalır.
2) Müştəri birbaşa sizə düşür
WhatsApp klikləri, zəng düyməsi, test-drive rezervi — hamısı CRM-ə yazılır. Müştəri 10 elan sahibinə yazmaq əvəzinə birbaşa avtosalon ilə danışır.
3) Qiymət yox, dəyər yarışını siz qurursunuz
Zəmanət, servis paketləri, kasko hədiyyəsi, trade-in rahatlığı — bunları paket kimi təqdim etdikdə “ən ucuz” filtri əriyib yoxa çıxır. Avtomobil salonu “ən təhlükəsiz seçim” mövqeyini qazanır.
4) Reklam xərci ölçülür və optimallaşır və statistika toplanılır
GA4/GTM ilə hansı kanal neçə müştəri gətirdi, hansı model daha çox maraq oyatdı — hamısı görünür. Büdcə “hissiyatla” yox, rəqəmlə idarə olunur. Aydan aya əlinizdə toplanan statistika ilə satışınızı daha da artıra bilrisiniz.
5) Brend yaddaşlara yazılmağa başlayır
Rəylər, komanda, servis fotoları, video təqdimatlar — bunlar saytda tolandıqca avtosalonlar üçün inamın qızıl mədəninə çevrilir. Sabah yeni model gətirəndə auditoriya artıq sizi tanıyır. Hər avtomobil alıb məmnun qalmış müştəriyə rəy yazmağı təklif etsəniz 1 il içində saytınızda rəylər aşıb daşacaq. Salona qarşı insanlarda etibar möhkəmlənəcək.
“Axtaran tapsın” strategiyası: SEO planı
SEO-nun məqsədi sadədir: “Bakı + model + il” yazan alıcı avtomobil salonları nəticələrində sizi görsün, klikləsin və yazsın. Plan:
A) Struktur: kataloq → model → konfiqurasiya → avtomobil səhifəsi
Hər avtomobil salonu səhifəsi unikallıq daşımalıdır: marka+model, mühərrik, yürüş, rəng, servis tarixi. URL-lər təmiz, başlıq və təsvirlər aydın.
B) Lokal SEO: xəritədə tam görünürlük
“Avtosalon, Bakı” axtarışları üçün Google xəritədə reytinq toplayın: dəqiq ünvan, saatlar, foto, sual-cavab, rəy cavabları. Saytda “Bakı/Abşeron” açar sözləri kontekstə uyğun keçsin.
C) Texniki sürət və mobil təcrübə
Telefonla açılan səhifə 2–3 saniyədə yüklənməlidir. Filtrlər sürətli işləsin, şəkillər webp olsun. Mobil UX zəifdirsə, ən yaxşı məzmun belə görünmür.
D) Schema markup: Vehicle + Offer
Hər elanda brand
, model
, mileage
, color
, price
, availability
kimi sahələri strukturlaşdırın. Bu, axtarış motoruna “bu səhifə real avtosalon inventarıdır” mesajını verir.
E) Məzmun: alıcının sualına 60 saniyədə cavab
- “Bu model kimə uyğundur?”
- “Şəhər içi real sərfiyyat nə qədərdir?”
- “Bununla oxşar 3 alternativ nədir?”
Qısa mətn + qısa video. Məqsəd: alıcını başqa avtosalonlar səhifəsinə qaçırmadan qərara yaxınlaşdırmaq.
F) Daxili linkləmə və kateqoriyalar
“Sedan”, “SUV”, “ekonom”, “premium” kimi kolleksiyalar yaradın; hər model səhifəsi bu kolleksiyalara bağlansın. Ziyarətçi itirmədən eyni vitrində seçim eləsin.
G) Rəylər və sübut
Servis tarixçəsi, yoxlama forması (PDF), qısa müştəri rəyi — bunlar “ikinci əl narahatlığı”nı azaldır və avtosalon brendinə etibar qurur.
Qısa desək: düzgün qurulmuş sayt + yuxarıdakı SEO skeleti ilə “axtaran” artıq sizi tapacaq. Növbəti hissədə bu trafiki bu gün satışa çevirən Google Ads və sosial strategiyanı açacağıq.
Alıcının gözündən: 60 saniyəlik hekayə
Təsəvvür edin, Elnur telefonundan “KIA Sportage Bakı” yazır. Google-da qarşısına uzun uzun elan siyahıları çıxır — yüzlərlə elan, eyni şəkillər, eyni sözlər. Nəticədə sizin avtosalon orada sadəcə bir sətir kimi görünür və o da kiminlə yazışdığını unudur.
Sonra Elnur başqa nəticəyə klikləyir və bir avtomobil salonunun saytına düşür: model üçün ayrıca səhifə, 8–10 aydın foto, qısa video, “WhatsApp yaz” və “Test-drive bron et” düymələri, əvvəlcədən hazırlanmış suallar və cavalar, kredit şərtləri və s. O, suallarını bir mesajla verir, 5 dəqiqə sonra cavab alır və sabaha test-drive və ya salona gəlib avtomobilə baxış təyin olunur. Uduzan kim oldu? Marketpleysdə itən avtosalonlar. Qazanan kim oldu? Müştərinin yolunu qısaldan avtomobil salonu.
Hekayənin dərsi sadədir: alıcıya “az klik, çox aydınlıq” verən avtosalon qalib gəlir. Müştəri qiymətdən əvvəl rahat qərar vermək istəyir. Öz saytınız bu qərarı rahatlaşdırırsa, klik də, zəng də, satış da sizə gəlir.
“Az büdcə ilə çox nəticə”: 30 günlük sadə plan
Bir ayda möcüzə gözləmirik — amma görünməməkdən görünməyə keçmək mümkündür.
Addım 1: Satdığınız 20 avtomobil üçün təzə fotolar çəkin, təqdimat videosu.
Addım 2: Saytda bu 20 elan üçün ayrı-ayrı, oxunaqlı səhifə açın; hər səhifədə iki böyük düymə olsun: “WhatsApp yaz” və “Zəng et”.
Addım 3: Google-də sadə reklamla başlayın — brend adınız və konkret modellər üzrə. Sosial şəbəkələrdə o qısa videoları paylaşın; mətnə quru texniki sözlər yox, alıcıya lazım olan cavabları yazın: “nəyə görə bu model?”, “şəhər içi sərfiyyat”, “təxmini aylıq ödəniş”. Addım 4: Xəritədə (Google Maps) avtomobil salonu profilinizi qaydaya salın və real müştəri rəylərini yığın.
Vəssalam. Bu qədər sadə. Nəticə nə olur? Müştərinin beynində brend “ünvanı” yaranır: “filan avtosalon — rahat ünsiyyət, şəffaf səhifələr, tez cavab”. Bu düşüncə dəyişəndə, avtomobil salonları üçün həm zəng, həm WhatsApp, həm də salona gələn test-drive sayı gözəçarpacaq artır. Go Digital olaraq bu planı birlikdə qurub 30 günə işə sala bilərik — “az söz, çox satış” prinsipi ilə.
Go Digital – Avtosalonlar üçün 30 günlük “görünmə → müraciət → satış” planı
Brendiniz marketpleysdə itir? Gəlin öz “evinizi” quraq: sayt + görünürlük + ölçülən reklam. Bizim məqsədimiz sadədir — az söz, çox satış.
Nə edirik? (qısa və işə yarayan)
- Şirkət saytl / kataloq bölməsi: minlərlə elan yerləşdirə bilmək üçün sizə məxsus pltaforma yaradılır. Bir neçə günə 20-30 elan yerləşdirilir. Aydın foto+qısa video, “WhatsApp yaz” və “Test-drive bron et” düymələri.
- Görünürlük: Google-də brend və model axtarışlarında öndə çıxmaq, xəritədə profilinizi qaydaya salmaq.
- Reklam: Google Ads + Meta Reels ilə bu gün axtaran alıcını bu gün dialoqa gətirmək.
- Ölçmə: Hər zəng və WhatsApp klikinin haradan gəldiyini görmək — pulu boş yerə xərcləməmək.
Nəticə nə olacaq?
- Marketpleys asılılığı azalır, avtosalon adı ilə sizi tapırlar.
- WhatsApp və telefon müraciətləri gözə çarpacaq artır.
- Test-drive bronları çoxalır, “qiymət yox, dəyər” danışmağa başlayırsınız.
Bizim işimiz sizi qazandırmaqdır. Çünki siz qazanmalısınız ki, biz də qazanaq.
Çox verilən sullar və cavabları
Niyə müştəri avtosalonu Google-də tapa bilmir?
Əsas səbəb: yalnız marketpleysə güvənmək və avtosalon saytının olmaması (və ya zəif SEO). Öz sayt + lokal SEO + Google Ads olduqda avtomobil salonu brend axtarışlarında görünür və klik sizə gəlir.
Marketpleysdən niyə tam asılı qalmamalıyıq?
Çünki “kirayə vitrin”dir: qayda, qiymət, görünürlük sabah dəyişə bilər. Üstəlik müştəri paylaşılır — alıcı eyni anda bir neçə avtosalon ilə yazışır. Öz saytın olanda müştəri birbaşa sizə düşür. Bacarıqlı satıcı onu orada saxlayır.
Öz saytının olması avtosalonlar üçün konkret nə verir?
Inventar kataloqu, filtrlər, 360° foto/video, WhatsApp/zəng düymələri və test-drive rezervi. Üstəlik GA4 ilə hər klik ölçülür; yəni reklam xərci “hissiyatla” yox, rəqəmlə idarə olunur. Üstəgəl qızıldan qiymətli statistika-Data.
SEO-dan sürətli nəticə gözləyə bilərəmmi?
SEO orta-uzunmüddətli fəaliyyətdir, amma düzgün qurulanda “marka+model+Bakı” kimi sorğularda sizi önə çəkir. Paralel Google Ads ilə “bu gün axtaranı” tutub, SEO ilə davamlı axın qurulur.
Niyə WhatsApp kliklərini ayrıca izləmək vacibdir?
Çünki real sorğuların böyük hissəsi WhatsApp-dan gəlir. GA4/GTM və call-tracking ilə “haradan gəldi → neçə satış oldu” zəncirini görürsünüz; büdcəni dəqiq bölmək mümkün olur. Amma bu gün əksər marketpleyslərdə votsap düyməsi yoxdur.
İnsanlar internetdə avtomobil marka və modellərini nə qədər axtarırlar?
Hər gün minlərlə dəfə! Bunu anlamaq üçün sadəcə böyük avtomobil elan saytlarının statistikasına baxmaq kifəyətdir. Bu axtarışların 0,01% sizin salonun saytına gəlsə ilin ən çox avtomobil satan avtosalonu ola bilərsiz.