Saytın sürəti həm istifadəçi təcrübəsi, həm də SEO üçün çox önəmlidir. Biz saytları yığarkən optimallaşdırılmış koddan istifadə edirik və ağır plaginlərdən qaçırıq. Şəkillər avtomatik olaraq sıxılır və WebP formatında yüklənir. CDN (Content Delivery Network) dəstəyi sayəsində sayt dünyanın hər yerində eyni sürətlə açılır. Əlavə olaraq keş sistemi tətbiq edilir ki, təkrar ziyarətçilər üçün sayt daha da sürətli işləsin. Go Digital olaraq məqsədimiz hər zaman “Core Web Vitals” göstəricilərini yaşıl zonada saxlamaqdır.