Bəli, xüsusən də kiçik bizneslər üçün SEO çox sərfəlidir. Çünki reklam büdcəsi məhdud olan sahibkarlar üçün axtarış nəticələrindən müştəri qazanmaq ən ağıllı addımdır. SEO sayəsində müştərilər sizi reklam deyil, təbii şəkildə tapır və bu da etibarı artırır. Kiçik bizneslərin yerli axtarışlarda (məsələn, “Nərimanovda çiçək mağazası”, “Əhmədlidə kondisioner təmiri”) görünməsi satışlara birbaşa təsir edir. Go Digital olaraq biz hər biznesin büdcəsinə uyğun SEO planı hazırlayırıq və real nəticələrə fokuslanırıq. Bu yanaşma ilə xərclənən hər manat dəyərli müştəri qazanmağa çevrilir.