Linkbuilding başqa saytlardan sizin sayta keyfiyyətli keçidlər almaq deməkdir. Google üçün bu keçidlər saytınıza verilən “etibar səsi” kimi qiymətləndirilir. Nə qədər çox və keyfiyyətli link əldə etsəniz, saytınız bir o qədər nüfuz qazanır. Amma linklərin təbii və mövzu ilə əlaqəli olması çox vacibdir. Yaxşı aparılan linkbuilding strategiyası saytı həm axtarış sıralamalarında, həm də brend etibarında yüksəldir.