Sayt hazırlanmasında WordPress ilə xüsusi kodlanan saytın fərqləri nələrdir?

45 dəfə oxunub

WordPress daha çevik və sürətli həllər üçün uyğundur. Əsas üstünlüyü odur ki, sayt hazır olduqdan sonra siz özünüz də rahatlıqla idarə edə, məzmun əlavə edə bilərsiniz. Korporativ saytlar, xidmət satışı həyata keçirilən şirkət saytları, kurslar, B2B formatında çalışan şirkət saytları, kiçik və orta e-ticarət saytları üçün WordPress ən yaxşı seçimdir.

Xüsusi kodlanan saytlar isə daha kompleks, unikal funksiyalı layihələr üçün idealdır – məsələn, marketplace və ya xüsusi sifariş sistemləri. Amma bu halda dəyişikliklər üçün hər dəfə proqramçıya müraciət etmək lazım ola bilər. Go Digital olaraq müştərinin ehtiyacını dinləyib ən uyğun texnologiyanı seçirik. Hədəf biznesin sürətli böyüməsi və rahat idarəolunan sayt təqdim etməkdir.

Sual formu


Sual formu

Məlumatları əlavə et və sualını yaz. 48 saat ərzində sualın cavabı Suallar və Cavabları səhifəsində olacaq.