Biznesiniz üçün vacib olan xidmətlər
Rəqəmsal marketinq xidmətləri şirkətinizin daha çox tanınması, məhsul və xismətlərinizin daha çox satılması üçün vasitələrdir
Konversiya optimallaşdırılma
Rəqəmsal marketinq xidmətləri sizə nə vəd edir?
Rəqəmsal dövr artıq hər bir biznesin həyatının ayrılmaz hissəsidir. Müştərilər internetdə axtarış edir, sosial şəbəkələrdə vaxt keçirir və məhsul seçərkən rəylərə diqqət yetirirlər. Bu səbəbdən ənənəvi reklam metodları təkbaşına kifayət etmir. Şirkətlərin daha çox tanınması, satışların artması və brend imicinin güclənməsi üçün rəqəmsal marketinq xidmətləri əsas rol oynayır.
Go Digital olaraq biz müxtəlif ölçülü bizneslər üçün nəticəyə yönəlmiş rəqəmsal həllər təqdim edirik. İstər yeni yaranmış kiçik şirkət, istərsə də illərin təcrübəsinə sahib böyük korporasiya olmağınızdan asılı olmayaraq, sizin üçün uyğun strategiya hazırlayırıq.
Rəqəmsal marketinq nədir?
Rəqəmsal marketinq brendin məhsul və xidmətlərini internet üzərindən tanıtmaq və satmaq üçün görülən bütün fəaliyyətlərdir. Sadə dillə: insanlara axtardıqları anda, olduqları yerdə – Google, sosial şəbəkələr, e-poçt, sayt və mobil tətbiqlərdə – düzgün mesajı göstərmək deməkdir.
Onu ənənəvi reklamdan fərqləndirən əsas cəhətlər: dəqiq hədəfləmə, ölçülə bilən nəticələr və sürətli optimizasiya.
Əsas rəqəmsal marketinq kanalları:
✅ Axtarış (SEO və ödənişli reklamlar – Google Ads);
✅ Sosial media (SMM, influencer əməkdaşlıqları);
✅ Məzmun marketinqi (məqalə, video, vizual);
✅ E-poçt/SMS və avtomatlaşdırma (CRM inteqrasiyası);
✅ Vebsayt təcrübəsi və dönüşüm optimizasiyası (CRO), analitika (GA4, GTM).
Necə işləyir? Auditoriyanı anlama → strategiya → məzmun və kampaniyalar → trafik → dönüşüm (sorğu/satış) → ölçmə və davamlı optimizasiya.
Qısa desək: “bəyənmələri” real satış və sorğuya çevirən sistemdir.
Rəqəmsal marketinq xidmətləri nədir?
Bunlar agentlik və ya mütəxəssisin biznesiniz üçün planlayıb icra etdiyi konkret işlər paketidir. Məqsəd yalnız görünürlük deyil, ölçülə bilən nəticədir: lead, satış, təkrar alış, orta çekin artması.
Tipik xidmətlər və qısa izah:
✅ SEO: Saytın Google-da yüksəlməsi, orqanik trafikin artması.
✅ Google Ads: Axtarış və Display kampaniyaları ilə sürətli, hədəfli trafik.
✅ SMM: Brendin sosial şəbəkələrdə idarəsi, kontent, hədəfli reklamlar.
✅ Məzmun istehsalı: Məqalə, video, vizual – auditoriyanı cəlb edən materiallar.
✅ CRO & UI/UX: Saytda dönüşümü artırmaq (formalar, sürət, A/B testləri).
✅ E-poçt/SMS & CRM avtomatlaşdırma: Warm-up, segmentasiya, loyallıq axınları.
✅ Analitika & Raporlama: GA4/GTM qurulumu, KPI və aylıq hesabatlar.
✅ Yerlı (Local) SEO və xəritələr: Xüsusən ofis və satış nöqtələri üçün.
Proses necə gedir? Audit → Strategiya və plan → İcra → Test & optimizasiya → Aylıq hesabat və növbəti addımlar.
Yekun məqsəd: reklam büdcəsini səmərəli xərcləyib real biznes nəticələri əldə etməkdir (qısaca, bəyənmə yox, kassa 🙂).
Rəqəmsal marketinq xidmətləri nəyə görə vacibdir?
İnsanların gündəlik həyatının böyük hissəsi internetdə keçir. İstər məhsul axtarışı, istər xidmət sifarişi, istərsə də gündəlik məlumatlanma – hamısı onlayn platformalarda baş verir. Əgər biznesiniz bu məkanda mövcud deyilsə, deməli potensial müştərilərinizi rəqibləriniz qazanır.
Rəqəmsal marketinq xidmətləri sizə:
✅ Daha çox insan tərəfindən tanınma imkanı verir
✅ Məhsul və xidmətlərinizi doğru auditoriyaya çatdırır
✅ Satışların artmasına və gəlirin yüksəlməsinə dəstək olur
✅ Brend etibarınızı gücləndirir
✅ Rəqiblərinizdən fərqlənməyinizə kömək edir
Go Digital tərəfindən təqdim olunan əsas rəqəmsal marketinq xidmətləri
1. Veb sayt hazırlanması
Veb sayt sizin biznesinizin onlayn vitrinidir. Müştərilər ilk dəfə brendinizlə tanış olduqda məhz saytınızdakı təəssürata əsaslanır. Biz mobil uyğun, sürətli və SEO dostu saytlar hazırlayırıq. Peşəkar dizayn və funksional imkanlarla saytınız yalnız vizit kartı deyil, həm də satış aləti olur.
2. SEO xidməti
Əgər saytınız Google-da görünmürsə, deməli mövcud deyilsiniz. SEO xidməti ilə biz saytınızı axtarış sistemlərinə optimallaşdırır, açar sözlər üzrə ilk sıralara çıxmağınıza şərait yaradırıq. Bu uzunmüddətli və stabil nəticə verir – yəni reklam büdcəsi xərcləmədən müştərilər sizi tapır.
SEO xidmətimizə daxildir:
✅ Açar söz araşdırması
✅ On-page və off-page optimallaşdırma
✅ Link building
Kontent strategiyası hazırlanması
3. Google Reklamları
Sürətli nəticə üçün ən təsirli yollardan biri Google reklamlarıdır. İstifadəçi məhsulu axtararkən qarşısına çıxmaq satış ehtimalını qat-qat artırır. Biz reklam büdcənizi optimallaşdırır, yalnız faydalı kliklərdən maksimum dönüş əldə etməyinizi təmin edirik.
4. SMM xidməti
Sosial şəbəkələr müştərilərinizlə birbaşa ünsiyyət yaratmaq üçün ən güclü vasitədir. SMM xidməti ilə biz markanızı sosial mediada möhkəmləndirir, izləyicilərinizi aktiv müştəriyə çeviririk. Kreativ postlar, video kampaniyalar və hədəfli reklamlarla nəticəyə fokuslanırıq.
5. Konversiya optimallaşdırılması
Trafik gətirmək kifayət deyil, vacib olan bu trafiki müştəriyə çevirməkdir. Konversiya optimallaşdırılması xidməti ilə biz saytınızdakı istifadəçi davranışını təhlil edir, zəif nöqtələri aradan qaldırır və satış faizini artırırıq.
6. Saytların tərcüməsi
Beynəlxalq bazara çıxmaq istəyənlər üçün çoxdilli sayt vacibdir. Biz peşəkar tərcümə və lokalizasiya xidmətləri təqdim edərək saytınızı yeni bazarlara uyğunlaşdırırıq. Bu xidmətlə məhsullarınızı müxtəlif ölkələrdə rahat təqdim edə bilərsiniz.
Rəqəmsal marketinqdə dünya təcrübəsi
Dünya praktikasında uğurlu şirkətlər rəqəmsal marketinqi biznes modelinin əsas hissəsinə çeviriblər. Amazon, Apple və Starbucks kimi brendlər yalnız məhsullarına görə yox, həm də peşəkar rəqəmsal marketinq xidmətləri strategiyalarına görə zirvədədirlər. Azərbaycanda da bu yanaşma getdikcə populyarlaşır və rəqabət daha da güclənir.
Biznesiniz üçün düzgün seçimi edin
Uğurlu gələcək üçün rəqəmsal investisiya qaçılmazdır. Rəqəmsal marketinq xidmətləri ilə siz:
✅ Satışlarınızı artıracaqsınız
✅ Brendinizi gücləndirəcəksiniz
✅ Müştərilərinizlə daha yaxın əlaqə quracaqsınız
✅ Rəqiblərinizdən bir addım öndə olacaqsınız
Go Digital komandası olaraq biz sizin üçün fərdi strategiyalar qurur, nəticəyə fokuslanır və biznesinizi inkişaf etdiririk.
👉 Elə indi əlaqə saxlayın və rəqəmsal uğura doğru ilk addımı bizimlə atın.
